İspaniya La Liqasının beşinci turun oyunları keçirilib

24 Sentyabr 2018 12:52

Xəbər 37 dəfə oxunub

Sentyabrın 23-də İspaniya La Liqasının beşinci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun son oyununda gözlənilməz hesab qeydə alınıb. “Nou Kamp” stadionunda keçirilən “Barselona”-“Girona” matçı heç-heçə yekunlaşıb – 2:2.“Real Madrid” klubu isə doğma meydanda Kataloniyanın digər təmsilçisi “Espanyol” komandasını sınağa çəkib. Görüş “Kral klubu”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.Madrid şəhərinin digər təmsilçisi “Atletiko” səfərdə “Getafe” klubunu 2:0 hesabı ilə məğlub edib.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Ueska” – “Real Sosyedad” – 0:1

“Rayo Vallekano” – “Deportivo Alaves” – 1:5

“Selta Viqo” – “Real Valyadolid” – 3:3

“Eybar” – “Leqanes” – 1:0

“Levante” – “Sevilya” – 2:6

“Villyareal” – “Valensiya” – 0:0

“Real Betis” – “Atletik Bilbao” – 2:2.xeber100.com

Reklam

Avropa birinciliyində finalçılar müəyyənləşib

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.Bu barədə Azərtac-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub. O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.xeber100.com

Oktyabr 16, 2018 10:07