İspaniyada son dörd ildə artıq üçüncü seçkilər keçirilib

29 Aprel 2019 12:46

Xəbər 71 dəfə oxunub

Aprelin 28-də İspaniyada son dörd ildə artıq üçüncü seçkilər keçirilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bülletenlərin 99,9 faizinin hesablanmasından sonra “İspaniyanın sosialist işçi partiyası” 350 nəfərlik konqresdə (parlamentin aşağı palatası) 123 mandat alıb. İkinci yerdə 66 mandatla sağ “Xalq partiyası”, üçüncü yerdə isə 57 mandatla mərkəzçi “Vətəndaşlar” partiyası qərarlaşıb. “Unidas Podemos” sol koalisiyası aşağı palatada cəmi 42 yer qazanıb. İfrat sağ VOX partiyası isə ilk dəfə olaraq konqresin deputatları sırasına daxil ola bilib (24 mandat). Parlamentdə digər yerləri isə müxtəlif muxtar cəmiyyətləri təmsil edən milliyyətçi partiyalar bölüşdürüb.Baş nazirin təsdiq edilməsi üçün mütləq əksəriyyətin – 176 deputatın dəstəyini qazanmaq lazımdır.İspaniyada hökumətin formalaşdırılması və büdcənin təsdiqi perspektivinə gəldikdə isə, sosialistlər qələbəyə baxmayaraq çətin vəziyyətə düşüb. “İspaniyanın sosialist işçi partiyası” bütün hallarda bundan əvvəl hökumət koalisiyasından çıxaraq növbədənkənar seçkilərə səbəb olan Kataloniya partiyalarının simasında dəstək axtarmalıdır.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23