İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib

26 Noyabr 2018 11:12

Xəbər 105 dəfə oxunub

Noyabrın 26-da İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsü ilə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü təsbit etməli olan qanun layihəsi əhali tərəfindən rədd edilib. Partiyanın apardığı kampaniyada İsveçrənin beynəlxalq saziş, müqavilə və konvensiyalarla bağlı müstəqil qərar verməsi, eləcə də beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qərarlarda beynəlxalq hüquq deyil, milli hüququn üstün tutulması tələb olunurdu. Kampaniyanın konkret hədəfləri sırasında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlara İsveçrənin tabe olmaması hüququnun referendumla təsdiqlənməsi idi. Lakin səsvermədə iştirak edən əhalinin 67 faizi bu təşəbbüsə mənfi cavab verib.Eyni zamanda, əhali bir qrup təşəbbüsçü tərəfindən referenduma çıxarılan və fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifini əks etdirən məsələyə də mənfi münasibət göstərib və səsvermədə iştirak edənlərin 54 faizi bu qanun layihəsinin əleyhinə səs veriblər.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38