İtaliya A Seriyasının 21-ci turunun növbəti oyunlarında…

28 Yanvar 2019 11:16

Xəbər 45 dəfə oxunub

Yanvarın 27-də İtaliya A Seriyasının 21-ci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun maraq doğuran oyunu “Olimpiko” stadionunda baş tutub. Çempionatın lideri “Yuventus” səfərdə “Latsio” komandasının qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların sayını artıran “Latsio” klubu 59-cu dəqiqədə hesabı açıb. Belə ki, künc ötürməsindən sonra top “Yuventus”un futbolçusu Emre Cana dəyərək qapıdan keçib. Qoldan sonra hücuma atılan “qoca sinyora” qarşılaşmanın 74-cü dəqiqəsində hesabı bərabərləşdirə bilib. Juan Kanselo adını tabloya yazdırıb – 1:1.Matçın 88-ci dəqiqəsində turinlilər hesabda önə keçməyə nail olublar. Oyunun baş hakimi Marko Quidanın təyin etdiyi 11 metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq zərbə ilə tamamlayıb – 1:2. Bu portuqaliyalı ulduzun çempionatda vurduğu 14-cü qol olub. Beləliklə, “Yuventus” İtaliya A Seriyasında ardıcıl üçüncü qələbəsini qazanıb.Turun gözlənilməz hesabı isə “Torino” – “İnter” oyununda qeydə alınıb. Milan təmsilçisi səfərdə “Torino”ya minimal hesabla məğlub olub (1:0).Günün digər maraqlı görüşlərindən biri “Atleti Azzuri” stadionunda keçirilib. “Atalanta” doğma azarkeşlər önündə çempionatın favoritlərindən sayılan “Roma” komandasını qəbul edib. Qonaqlar hesabda 3:0 irəlidə olsa da, “Atalanta” oyunda dönüş yaradıb. Meydan sahibləri ardıcıl üç qol vuraraq məğlubiyyətdən xilas olublar.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sassuolo” – “Kalyari” – 3:0;

“Sampdoriya” – “Udineze” – 4:0;

“Milan” – “Napoli” – 0:0;

“Kyevo” – “Fiorentino” – 3:4;

“Bolonya” – “Frosinone” – 0:4;

“Parma” – SPAL – 2:3.

Qeyd edək ki, 21 turdan sonra turnir cədvəlinə 59 xalla “Yuventus” klubu başçılıq edir, 48 xalla “Napoli” ikinci, “İnter” 40 xalla üçüncü, “Milan” isə 35 xalla dördüncü yerdə qərarlaşıb.Tura yanvarın 28-də “Empoli”-“Genoa” oyunu ilə yekun vurulacaq.xeber100.com

Reklam

Futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində

Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qalatasaray” komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. “Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli “Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endiriblər.Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.Turun bu gün keçirilmiş digər oyunlarında “Ərzurumspor” klubu “Sivasspor”u (4:2), “Kayserispor” komandası “Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki “Trabzonspor” doğma meydanda gözlənilmədən “Alanyaspor”a məğlub olub – 0:1.Hazırda “Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.Tura fevralın 18-də keçiriləcək “Antalyaspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.xeber100.com

Fevral 18, 2019 12:48