İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub

7 May 2019 13:56

Xəbər 55 dəfə oxunub

Mayın 6-da İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu qarşılaşması “San Siro” stadionunda təşkil olunub. “Milan” doğma azarkeşlər önündə “Bolonya” klubunu qəbul edib.Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 2:1.Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb – 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topa hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərq azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb – 2:1.Matçın 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Bu qələbə sayəsində “Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, “Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar.xeber100.com

11-ci Avropa çempionatının ikinci günü davam edir

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.Milli.az xəbər verir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qruplarda, eləcə də aero-dans proqramında çıxışları olacaq.İkinci yarış günündə Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edir.Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.xeber100.com

May 25, 2019 14:05

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq. Beləliklə, çempionatın final mərhələsində 32 milli komanda mübarizə aparacaq.Azərtac xəbər verir ki, FIFA rəsmiləri bu barədə məlumatı təsdiqləyiblər.Məlumatda qeyd edilib ki, çempionatın finalında iştirak edəcək ölkələrinin sayının 32-dən 48-dək artırılması 2022-ci ildə deyil, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 23-cü mundialda baş tutacaq. Açıqlamada, həmçinin bildirilib ki, mühüm iştirakçı tərəflərlə aparılan müfəssəl və ciddi məsləhətləşmələrdən sonra növbəti çempionatda hazırkı şərtlər altında komandaların sayının artırılmasına dair təklifin irəli sürülməməsi barədə qərar qəbul edilib. Buna görə də FIFA-nın iyunun 5-də Parisdə keçiriləcək Konqresində növbəti çempionat üçün 48 komandanın iştirakına dair ssenari təqdim edilməyəcək.Xatırladaq ki, FIFA prezidenti Cianni İnfantino müxtəlif irimiqyaslı futbol turnirlərində iştirakçı komandaların sayının artırılmasının əsas tərəfdarıdır. Bununla da bir tərəfdən belə mötəbər yarışda daha çox ölkənin iştirak etmə şansına malik olması və həmin ölkələrdə futbola marağın yüksəlməsi, digər tərəfdən isə FIFA-nın təşkilatçı kimi gəlirlərinin artması hədəflənir.xeber100.com

May 23, 2019 11:19