İtaliya A Seriyasının növbəti turuna yekun vurulub

4 Mart 2019 12:28

Xəbər 38 dəfə oxunub

İtaliya A Seriyasının 26-cı turuna yekun vurulub.Azərtac xəbər verir ki, “San Paolo” stadionunda keçirilən turun mərkəzi qarşılaşmasında son çempion “Yuventus” səfərdə əzəli rəqibi “Napoli” komandasının qonağı olub.Görüş “Yuventus” klubunun 2:1 hesablı qələbəsi ilə baş çatıb.Matçın 25-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Aleks Meret Kriştiano Ronaldoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 39-cu dəqiqəsində “Yuventus” hesabı açmağa nail olub. Miralem Pyaniç cərimə zərbəsindən sonra baxımlı qola imza atıb – 0:1.Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış turinlilər hesab arasındakı fərqi iki topa çatdırıblar. Emre Can dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb – 0:2.Fasilədən sonra hücumları artıran meydan sahibləri oyunun 61-ci dəqiqəsində hesabı minimuma endirib. Xose Kalyexon Lorenso İnsinyanın ötürməsini qola çevirib – 1:2.Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, “qoca sinyora” çempionluq yolunda aktivinə vacib 3 xalı yazıb. Yetmiş iki xalla “Yuventus” birinci, 56 xalla “Napoli” ikinci yerdə qərarlaşıb.”Milan” doğma meydanda “Sassuolo” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.“Milan”a vacib 3 xalı 35-ci dəqiqədə Mateo Mussakionun qolu gətirib. Bu qələbə sayəsində “Milan” xallarının sayını 48 çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Sassuolo” isə 31 xalla 11-ci yerdə qərarlaşıb.Turun digər maraq doğuran qarşılaşması “Olimpiko” stadionunda baş tutub. “Latsio” “Roma” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən derbidə “Latsio” klubu üstün olub (3:0).xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27