İtaliya A Seriyasının XXII turunun növbəti oyunları keçirilib

4 Fevral 2019 13:07

Xəbər 32 dəfə oxunub

Fevralın 3-də İtaliya A Seriyasının XXII turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması Romada baş tutub. “Olimpiko” stadionunda “Roma” cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən “Milan”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı yeni transfer Piatekin qolu ilə qonaqlar açsalar da, ikinci hissənin əvvəlində “Canavarlar” Zaniolonun sayəsində status-kvonu bərpa ediblər – 1:1.Milan şəhərinin digər təmsilçisi “İnter” doğma azarkeşlər önündə gözlənilmədən “Bolonya”ya məğlub olub -0:1.Turnir cədvəlin lideri “Yuventus” öz meydanında “Parma”nın öhdəsindən gələ bilməyib. Olduqca dramatik keçən görüşdə qalib müəyyənləşməyib – 3:3. Bu matçda Kriştiano Ronaldo dubl edib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Empoli”-“Kyevo” – 2:2

“Napoli”-“Sampdoriya” – 3:0

SPAL- “Torino” – 0:0

“Cenoa”-“Sassuolo” – 1:1

“Udineze”-“Fiorentina” – 1:1.

Qeyd edək ki, tura bu keçiriləcək “Frosinone”-“Latsio” və “Kalyari”-“Atalanta” oyunları ilə yekun vurulacaq.İyirmi iki turdan sonra turnir cədvəlinə 60 xalla “Yuventus” başçılıq edir, “Napoli” 51 xalla ikinci, “İnter” isə 40 xalla üçüncü yerdə qərarlaşıb. Aktivində 34 xal olan “Milan” dördüncüdür.xeber100.com

Reklam

Futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində

Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qalatasaray” komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. “Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli “Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endiriblər.Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.Turun bu gün keçirilmiş digər oyunlarında “Ərzurumspor” klubu “Sivasspor”u (4:2), “Kayserispor” komandası “Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki “Trabzonspor” doğma meydanda gözlənilmədən “Alanyaspor”a məğlub olub – 0:1.Hazırda “Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.Tura fevralın 18-də keçiriləcək “Antalyaspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.xeber100.com

Fevral 18, 2019 12:48