İtaliya mətuatı “SOCAR Polymer”dən bəhs edir…

4 Mart 2019 13:28

Xəbər 35 dəfə oxunub

İtaliyanın “polimerica.it” xəbər saytında “Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer”in ildə 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək zavodu istismara verilib” sərlövhəli məqalə dərc edilib.Azərtac xəbər verir ki, məqalədə sənaye kompleksinin fəaliyyətə başlaması, daxili bazarın tələbatının tam təmin olunması və məhsulun 75 faizi xarici bazarlara ixrac ediləcəyindən danışılır.Yazıda kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 15 faiz, ümumi daxili məhsulun həcmi isə 14 faiz artacağı bildirilir. Qeyd edilir ki, zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.Diqqətə çatdırılır ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında 2013-cü ildə yaradılmış ilk şirkətdir.Qeyd edilir ki, şirkətin səhmlərinin 52 faizi dövlət neft şirkətinə məxsusdur. Digər səhmdarlar isə “Vitol” (19 faiz), “Paşa Holding” (9,9 faiz), “Ecoland” (9,8 faiz), “Polimer Investments” (5 faiz) və “AKKIK” (4,1 faiz) şirkətləridir.xeber100.com

Reklam

OPEC ölkələri Birgə Monitorinq Komitəsinin 13-cü iclasında

Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu tədbir, Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər.Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.xeber100.com

Mart 16, 2019 18:24

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

Yanvar-fevral aylarında “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 6 rayon üzrə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.İB-dən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəzlənir, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 81,7 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 kilometr qaz kəməri əsaslı təmir olunub.Cari ildə Ağcabədi rayonu üzrə bir, Beyləqan rayonu üzrə bir, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.xeber100.com

Mart 12, 2019 14:59

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilib. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirilib. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30 faizlik səhm paketi üzrə hərracda iştirak edib. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi, yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac martın 19-da keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.xeber100.com

Mart 12, 2019 14:57