“Jara” Beynəlxalq Musiqi Festivalında

16 May 2018 12:38

Xəbər 150 dəfə oxunub

2018-ci il iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında 81 ifaçının iştirakı təsdiqlənib. Bu məlumat http://zhara.az/ saytında yerləşdirilib.Azərtac festivalın “facebook” səhifəsinə istinadla xəbər verir ki, iyulun 26-da təqdim ediləcək qala-konsertdə EMİN, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, LOBODA, Aleksey Çumakov, A`Studio, Slava, Qlyuk’oza, Aleksandr Panayotov, Anna Sedokova, Monatik, NK, Qradusı, Maks Barskix, Yeqor Krid, Yuliya Kovalçuk, Feduk, MOT, L`ONE, Burito, Brandon Stone, Pitsa, Alekseyev, Vremya i Steklo, DoReDos, Therr Maitz, Mişa Marvin, Nyusha, Artik & Asti və başqaları çıxış edəcəklər. İyulun 27-də Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həmin günlərdə digər musiqiçilər də çıxış edəcəklər.Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.xeber100.com

Reklam

“Azerbaijan Fashion Week” moda həftəsinin açılışı olub

Noyabrın 1-də Muzey Mərkəzində “Azerbaijan Fashion Week” - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün açılışı olub.Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb.Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar veriblər.“Azerbaijan Fashion Week”in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanıb. Bu ekspozisiya çərçivəsindətəqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapıb.Muzey Mərkəzi Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini təqdim edib.Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan Fashion Week” çərçivəsində “A.Sain”, “Elian Couture”, “Le Veine”, “Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.xeber100.com

Noyabr 2, 2018 14:18

Mingəçevir Dövlət Dram Teatrı – 50

Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tədbir keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncamına uyğun olaraq reallaşacaq.Qeyd edək ki, 1968-ci ildə yaradılan bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olub. Bu illər ərzində sənət ocağının yaradıcı kollektivi dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb.Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı, hər zaman rus və dünya dramaturgiyasına da müraciət edib.Teatr ölkəmizin hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonları ilə bərabər, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrə qastrol səfərləri etməklə yanaşı, yerli və beynəlxalq festivalların iştirakçısı və qalibi olub.Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin müvafiq qərarı ilə Mingəçevir Dövlət Dram Teatrının Hüseyn Cavidin “Ana” tamaşası klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.xeber100.com

Oktyabr 15, 2018 12:09