Karate Federasiyasının məlumatına görə…

15 May 2018 13:00

Xəbər 85 dəfə oxunub

Kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşanın Vroslav şəhərinə növbəti Avropa çempionatında iştirak edib.Azərbaycan Kyokşin Karate Federasiyasından Azərtac-a bildirilib ki, 28 ölkədən 400-dən çox idmançının qatıldığı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunub.Gənc karateçilərimizdən Alikismət Həsənov (60 kq), Seyfəddin Namazov (70 kq) və Solmaz Zeynallı (60 kq) yarışın bürünc medalını qazanıblar. Böyüklərin yarışında isə Emin İsmayıllı (65 kq) və Səlahət Həsənov (85 kq) finalda məğlub olaraq çempionatın gümüş medalına layiq görülüblər.Qeyd edək ki, Emin İsmayıllı və Səlahət Həsənov mayın 19-20-də Yaponiyanın Osaka şəhərində “Full Kontakt Karate” beynəlxalq turnirində ölkəmizi təmsil edəcəklər.xeber100.com

Reklam

Avropa birinciliyində finalçılar müəyyənləşib

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.Bu barədə Azərtac-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub. O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.xeber100.com

Oktyabr 16, 2018 10:07