Kataloniyada müstəqillik barədə referendum keçirilib

5 Oktyabr 2017 13:26

Xəbər 46 dəfə oxunub

İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib.Interfax informasiya agentliyi xəbər verir ki, nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib. “Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, – deyə o qeyd edib.Gindos, eyni zamanda, hesab edir ki, Madridlə Barselona arasında danışıqların mümkünlüyü nəinki İspaniya, həm də, bütün Avropa üçün təhlükəli presedent yarada bilər. İspaniyanın iqtisadi qurumunun başçısı, həmçinin Kataloniyanın regional hökumətinin yüksək səviyyəli özünüidarəyə sahib olduğunu xatırladıb.Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik barədə referendum keçirilib. Səsvermə çox sayda insanın xəsarət alması ilə nəticələnən kütləvi ixtisaslarla müşayiət olunub. İspaniyanın Konstitusiya Məhkəməsi səsvermənin ölkənin əsas qanununa zidd olduğuna dair qərar çıxarıb.Bir qədər əvvəl Kataloniya hökumətinin başçısı səsvermənin nəticələrini parlamentin müzakirəsinə çıxaracağını vəd edib.xeber100.com

Reklam

TASS informasiya agentliyinin məlumatı

İspaniya Kataloniya rəhbərliyindən müstəqillik bəyannaməsinin nə məna daşıdığına, müstəqillik elan edilib-edilməməsinə aydınlıq gətirilməsini tələb edib.TASS informasiya agentliyi xəbər verir ki, bunu krallıq hökumətinin sədri Mariano Paxoy Nazirlər Şurasının təcili iclasının yekununa əsasən bildirib. Onun sözlərinə görə, muxtariyyət İspaniyadan ayrılmağa qərar veribsə, Madrid Konstitusiyanın 155-ci maddəsini işə salmaq və Kataloniyanın özünüidarə səlahiyyətlərini qismən ləğv etmək niyyətindədir.“Bu sorğu konstitusiyanın 155-ci maddəsinin işə salınması üçün vacibdir. Əgər Karles Puçdemon (Kataloniya lideri) qanunlara tabe olarsa, qeyri-müəyyənlik sona çatacaq”, - deyə Nazirlər Kabinetinin başçısı qeyd edib. Raxoy hökumətin yaxın günlərdə çıxaracağı qərarın Jeneralitetin cavabından asılı olduğunu deyib.Oktyabrın 10-da region rəhbərliyi müstəqillik bəyannaməsinə imza atıb. Lakin sənəd hələ ki, qüvvəyə minməyib və mərkəzi hökumətin fikrincə, onun heç bir hüquqi qüvvəsi yoxdur. Kataloniya hökuməti Barselona və Madrid arasında danışıqların uğursuz keçəcəyi təqdirdə bəyannaməni regional parlamentin müzakirəsinə çıxarmağı düşünür.Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.xeber100.com

Oktyabr 11, 2017 14:28

Oktyabrın 22-də keçiriləcək seçkilərlə əlaqədar…

Yaponiya parlamentinin aşağı palatasına oktyabrın 22-də keçiriləcək seçkilərlə əlaqədar siyasi partiyalardan olan namizədlər tərəfindən sənədlərin təqdim edilməsinə və seçki kampaniyasına başlanılıb.NHK telekanalına istinadla xəbər verir ki, siyasi partiyaların nümayəndələri və müstəqil namizədlər parlamentin aşağı palatasındakı 465 yer uğrunda mübarizə aparacaqlar. Aşağı palatada üstünlük qazanmaq istəyən siyasi partiya ən azı 233 yer əldə etməlidir. Baş nazir Şinzo Abe bildirib ki, hakim koalisiya üstünlük qazana bilməyəcəyi təqdirdə o, istefa verəcək.Ş.Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiyanı və onun koalisiya tərəfdaşı olan Komey Partiyasını parçalanmış müxalifətin ciddi rəqabəti gözləyir. Əsas rəqib qismində Yaponiyanın Dirçəlişi Partiyası ilə əməkdaşlıq edən Tokio qubernatoru Yuriko Koikenin rəhbərlik etdiyi “Ümid” Partiyasıdır. Bu yaxınlarda formalaşan Konstitusiyalı Demokratlar Partiyası isə Yaponiya Kommunist Partiyası və Sosial-Demokratlar Partiyası ilə əməkdaşlıq edir. Əvvəllər mövcud olan əsas müxalif partiya bir neçə hissəyə parçalanıb.Seçkiqabağı kampaniyada Ş.Abe administrasiyasının fəaliyyəti, 2019-cu ildə nəzərdə tutulan istehlak vergisinin artırılması, həmçinin Konstitusiyada dəyişikliklərlə bağlı məsələlərin əsas müzakirə mövzuları olacağı bildirilir.xeber100.com

Oktyabr 10, 2017 14:40

İrlandiyanın vergi idarəsinin açıqlamasında

İrlandiyanın vergi idarəsinin açıqlamasına görə, son illərdə ölkə iqtisadiyyatının sürətlə bərpa olunması milyonerlərin də sayının artımına səbəb olub. Bundan əlavə, varlıların gəlirləri son iki il ərzində təxminən iki dəfə yarım çoxalıb.Azərtac vergilər.az saytına istinadla bildirir ki, əslində, ölkədə milyonerlərin sayı göstərilən rəqəmdən artıq da ola bilərdi. Vergi idarəsi birlikdə vergi bəyannaməsi təqdim edən ər-arvadı vahid vergiödəyicisi hesab etdiyinə görə, milyonerlərin sayı az göstərilir.Nəzərə çatdırılıb ki, 850 milyonerin illik gəliri ümumilikdə 2,8 milyard avro, yəni adambaşına 3,4 milyon avro təşkil edir. Müqayisə üçün 2013-cü ildə İrlandiyada 616 rəsmi milyoner qeydə alınıb və onların illik gəlirinin ümumi məbləği 1,2 milyard avro təşkil edirdi.Son illər İrlandiya iqtisadiyyatın artımı və vətəndaşların rifah halının yaxşılaşdırılması üzrə böyük irəliləyişlər nümayiş etdirir. Mütəxəssislər bunun səbəbini rasional vergi siyasətinin həyata keçirilməsində görürlər. Bu siyasət kiçik və orta biznesi İrlandiyaya cəlb edir.“Intelligent Solution Group” beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, İrlandiya MDB-yə daxil olan ölkələrin vətəndaşları arasında qeyri-rezident şirkətlərin açılmasına görə ikinci yeri tutur.xeber100.com

Oktyabr 6, 2017 15:42