Kibercinayətkarlığa qarşı birgə mübarizə aparılacaq

13 Noyabr 2018 13:16

Xəbər 171 dəfə oxunub

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kibernetik məkanda cinayətkarlığa, o cümlədən seçkilərin gedişinə müdaxilə edilməsinə və nifrət hissi mövzusunda ritorikaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Azərtac xəbər verir ki, UNESCO-nun qərargahında keçirilən konfransın iştirakçıları “Kibernetik məkanda etimada və təhlükəsizliyə Paris çağırışı” adlı sənəd imzalayıblar.Bu təşəbbüsü dəstəkləyənlər arasında Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, habelə “Facebook”, “Google” və “Microsoft” şirkətləri də var. Lakin Çin, Rusiya və ABŞ həmin sənədi imzalamayıblar.Fransa Prezidenti Emmanuel Makron bu təşəbbüsün tərəfdarları arasındadır. Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda yazıb: “Bu gün ekstremistlər, avtoritar rejimlər terrorizmin təbliği məqsədilə internetdən çox fəal istifadə edirlər. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23