Kolumbiya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

15 May 2018 12:28

Xəbər 24 dəfə oxunub

Futbol üzrə Kolumbiya millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Xose Nestor Pequerman 35 oyunçuya dəvət yollayıb.Azərtac xəbər verir ki, heyətdə qapıçılar – İvan Arboleda (“Benfild”, Argentina), Xose Cuadrado (“Caldas”), David Ospina (“Arsenal”, İngiltərə), Camilo Vargas (“Deportivo Kali”), müdafiəçilər – Santiaqo Arias (“PSV”, Hollandiya), Farid Diaz (“Olimpiya”, Paraqvay), Frank Fabra (“Boka Xuniors”, Argentina), Stefan Medina (“Monterre”, Meksika), Erri Mina (“Barselona”, İspaniya), Bernardo Espinosa, Joan Mojika (hər ikisi – “Girona”, İspaniya), Oskar Murillo (“Pacuka”, Meksika), Davinson Sancez (“Tottenxem”, İngiltərə), Villiam Tecillo (“Leon”, Meksika), Kristian Zapata (“Milan”, İtaliya), yarımmüdafiəçilər – Abel Aguilar (“Deportivo Cali”), Vilmar Barrios, Edvin Kardona, Sebastian Perez (hamsı – “Boka Xuniors”, Argentina), Juan Kuadrado (“Juventus”, İtaliya), Gustavo Cuellar (“Flamenqo”, Braziliya), Cefferson Lerma (“Levante”, İspaniya), Giovanni Moreno (“Şanqai Şenxua”, Çin), Juan Quintero (“River Pleyt”, Argentina), Xames Rodriqez (“Bavariya”, Almaniya), Karlos Sancez (“Espanyol”, İspaniya), Mateus Uribe (“Amerika”, Meksika ), hücumçular – Karlos Bakka (“Villarreal”, İspaniya), Miqel Borja (“Palmeyras”, Braziliya), Radamel Falkao (“Monako” Fransa), Xose Isquerdo (“Brayton”, İngiltərə), Luis Muriel (“Sevilla”, İspaniya), Cimmi Xara, Teofilo Qutyerrez (hər ikisi “Atletiko Junior” Braziliya) və Duvan Zapata (“Sampdoria”, İtaliya) yer alıblar.Qeyd edək ki, Kolumbiya yığması Rusiyada keçiriləcək dünya çempionatında Polşa, Seneqal və Yaponiya ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53