“Liverpul” futbol klubu “Porto” komandasını qəbul edib

10 Aprel 2019 13:10

Xəbər 41 dəfə oxunub

“Liverpul” futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Porto” komandasını qəbul edib.Trend-in məlumatına görə, “Enfild” stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Nabi Keyta (5-ci dəqiqə) və Roberto Firmino (26-cı dəqiqə) vurublar.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 17-də Portuqaliyada keçiriləcək.xeber100.com

Reklam

Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək

Aprelin 23-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, hər iki görüş bu gün oynanılacaq.Mərhələnin ilk oyunu Qəbələdə təşkil olunacaq. Şəhərin eyniadlı komandası Topaz Premyer Liqanın lideri “Qarabağ”ın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri dörddədir finalda “Sabah”ı, Ağdam təmsilçisi isə kubokun son qalibi “Keşlə”ni mübarizədən kənarlaşdırıb. Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşəcək. Komandalar indiyədək 3 dəfə dörddəbir final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıb. Dörd dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 6:5.Digər yarımfinal qarşılaşmasında isə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Qəsəbə klubu bundan öncəki raundda “Səbail”i, “gənclikşəhər” təmsilçisi isə “Neftçi”ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Topaz Premyer Liqada uğursuz çıxış etdikləri üçün UEFA Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyir.Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” saat 16:00-da, “Sumqayıt” – “Zirə” görüşü isə saat 18:30-da başlayacaq. Hər iki görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 1-də keçiriləcək.xeber100.com

Aprel 23, 2019 11:32

UEFA Avropa Liqasının “KİA Kubok Turu” keçirilir

Moskvadakı "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqasının “KİA Kubok Turu” keçirilir.Tədbirin ilk günündə rusiyalı tanınmış futbolçu Andrey Arşavin, bu gün isə turnirin bu il mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasının səfirləri – futbol veteranı Vəli Qasımov və hazırda Samara şəhərinin "Krılya Sovetov" klubunda çıxış edən, Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov iştirak edib.Sərgidə iştirak edən azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandırıb, futbolla bağlı maraqlı fikir mübadiləsi aparıblar. Sonra görüş futbol azarkeşləri ilə daha geniş formatda davam etdirilib.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, Vəli Qasımov və Aleksandr Səmədov çıxış edərək Bakıda keçiriləcək final oyununun nəinki Azərbaycanda, ümumilikdə regionda futbolun inkişafına təkan verəcəyini və futbola marağın artmasına müsbət təsir göstərəcəyini bildiriblər.UEFA Avropa Liqası Final 2019-un səfirlərinin avtoqraf mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsindən sonra viktorina keçirilib. Qalib Bakıda keçiriləcək final oyununa bilet qazanıb.UEFA Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. Martın 9-dan İsveçrənin Cenevrə şəhərindən başlayan kubok səyahəti martın 22-23-də İspaniyanın Sevilya, martın 29-30-da Almaniyanın Berlin, aprelin 5-də və 6-da İngiltərənin paytaxtı London, aprelin 12-də isə İtaliyanın Milan şəhərində davam edib. Mayın 10-da Fransa paytaxtı Parisdə olacaq UEFA Avropa Liqası kuboku mayın 16-dan etibarən yenidən Bakıya gətiriləcək və final gününə qədər ölkəmizdə olacaq. UEFA Uşaq Fondu ilə birgə keçirilən kubok turu, eyni zamanda, xeyriyyə məqsədi daşıyır. Kubokun sərgiləndiyi şəhərlərdə toplanan futbol ayaqqabıları İordaniyada məskunlaşmış yeniyetmə və gənc Suriya qaçqınlarına veriləcək.xeber100.com

Aprel 22, 2019 13:14

“AGF Junior Trophy” beynəlxalq turnirində

"AGF Junior Trophy" beynəlxalq turnirinin Belarusdan olan iştirakçısı Kseniya Steşits öz çıxışından məmnun qaldığını bildirib.İdmançı həm paytaxtımızla, həm də Milli Gimnastika Arenasında təşkil olunmuş oyunlarla bağlı təəssüratlarını Trend-lə paylaşıb:"İştirak etdiyim digər yarışlarla müqayisə etsək, Bakıdakı çıxışımdan razı qaldım. Özümü topladım və bütün tapşırıqları yaxşı yerinə yetirməyə çalışdım. Bakıya ilk dəfə gəlirəm və burada hər şey xoşuma gəldi. Buradakı Milli Gimnastika Arenası çox gözəldir, tamaşaçıların dəstəyi isə adama daha da güc verir. Yarışlar hələ davam edir və mən finala çıxmağa ümid edirəm".K.Steşits şəhərlə hələ yaxşı tanış olmağa imkanı olmadığını, bazar günü Bakıda gəzintiyə çıxacağını da bildirib.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.xeber100.com

Aprel 20, 2019 14:52

Topaz Premyer Liqasının XXV turuna start verilir

Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir.Azərtac xəbər verir ki, tur iki gün davam edəcək. Turun birinci günündə iki oyun keçiriləcək. XXV tur saat 16:45-də “Sumqayıt” – “Səbail” oyunu ilə başlanacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Vüqar Həsənli idarə edəcək.Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Qarabağ” komandası autsayder “Keşlə”ni qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 19:00-da start götürəcək.Aprelin 19-da - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Görüş saat 16:00-da başlanacaq.Tura saat 18:30-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. “Əlincə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Xatırladaq ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.xeber100.com

Aprel 18, 2019 12:54