“Liverpul” klubunun futbolçusu mövsümün ən yaxşı oyunçusu seçilib

14 May 2018 14:36

Xəbər 180 dəfə oxunub

İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah 2017/2018 mövsümün ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar futbolçu İngiltərə Premyer Liqası tərəfindən mövsümün oyunçusu nominasiyasında qalib olub. O, bu nominasiyaya namizəd olan belçikalı Kevin de Brüyne, Rəhim Sterlinq (hər ikisi “Mançester Siti”), ispan David De Xeya (“Mançester Yunayted”), Hari Keyn (“Tottenxem”) və ingiltərəli Ceyms Tarkovskini (“Börnli”) qabaqlayıb.Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona bir tur qalmış 36 oyunda 32 qol vurmuş Məhəmməd Salah artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülüb. O, daha əvvəl isə Premyer Liqanın oyunçuları və ingiltərəli jurnalistlər tərəfindən ilin futbolçusu nominasiyasında qalib olub. Bundan başqa, 25 yaşlı Salah noyabr, dekabr, fevral və mart aylarının ən yaxşı oyunçusu seçilib.xeber100.com

Reklam

UEFA Çempionlar Liqasının final mərhələsinə start veriləcək

Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.xeber100.com

Fevral 12, 2019 11:29

Velosiped İdmanı Federasiyasının məlumatına görə…

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunların da 4-ü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkə isə yaxın aylarda müəyyənləşəcək.xeber100.com

Fevral 11, 2019 17:16