Liviya sahillərində 335 miqrant xilas edilib

11 Mart 2018 12:58

Xəbər 230 dəfə oxunub

Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib.“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.“Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır”, – deyə komandan bildirib.Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.xeber100.com

Reklam