“Lockheed Martin” şirkətinin təklifinə əsasən…

23 Aprel 2018 16:45

Xəbər 215 dəfə oxunub

ABŞ-ın müdafiə sənayesi sahəsində tanınmış “Lockheed Martin” şirkəti Yaponiyaya gizlilik texnologiyası ilə təchiz edilən qırıcıların konstruksiyasını təklif etməyi planlaşdırır.Azərtac xəbər verir ki, yeni konstruksiyanın ixracı qadağan edilən “F-22 Raptor” və təkmilləşmiş “F-35 Lightning II” qırıcılarına oxşayacağı bildirilir.Məlumatlara görə, məsələ artıq Yaponiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirə edilib. ABŞ hökuməti razılıq verdikdən sonra yapon tərəfinin sorğusuna əsasən (RFI) “görünməz” hərbi texnologiya bu ölkəyə təklif ediləcək.Yüksək klassifikasiyalı və proqram təminatlı konstruksiyaların Çini üstələmək üçün Yaponiyaya verilməsi barədə qərar Prezident Donald Trampın ABŞ-ın silah ixracı siyasətini dəyişmək barədə vədini də yoxlamağa imkan yaradacaq.Yeni təyyarə “F-22” və “F-35” qırıcılarının xüsusiyyətlərini özündə birləşdirərək onların hər ikisini üstələyəcək.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17