“Loftcube” memarlıq studiyası kosmik stildə evlər inşa edib

13 Oktyabr 2017 16:12

Xəbər 251 dəfə oxunub

Almaniyanın “Loftcube” memarlıq studiyasının layihəsi ilə kosmik stildə mini evlər inşa edilib.Azərtac novate.ru saytına istinadla bildirir ki, “LoftCube” adlanan evləri istənilən yerdə və tez bir zamanda quraşdırmaq mümkündür. Bu isə vaxta və pula qənaət etmək baxımından çox əlverişlidir.Dörd ədəd dəmir boru üzərində dayanan kubşəkilli mini evlər həm şəhərdə, həm də meşədə quraşdırıla bilər.Maraqlısı odur ki, modul konstruksiyalı belə evlərdə bir neçə modulu bir-irinə birləşdirmək yolu ilə genişləndirmək olar.Mini evlər 5-7 gün ərzində tikilərək quraşdırılır.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18