Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

31 Yanvar 2019 12:48

Xəbər 44 dəfə oxunub

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də saat 11:00-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.xeber100.com

Reklam