Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edəcək

12 Mart 2018 14:59

Xəbər 127 dəfə oxunub

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də saat 11.00-da Naftalan şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, şəhərdəki Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.xeber100.com

 

Reklam

Milli Məclisin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 12-də Milli Məclisin mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan komitə sədri Rafael Hüseynov gündəlikdəki məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda mədəniyyət komitəsinin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatı dinlənilib. R.Hüseynov bildirib ki, komitədə müntəzəm olaraq 30-a yaxın vətəndaşın qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 107 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 82-si araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.Sonra komitə sədri payız sessiyası ərzində görüləcək işlərdən danışaraq qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif məsələlərə baxılacaq, müəyyən qanun layihələri müzakirəyə çıxarılacaq.Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.Əvvəlcə iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb.Deputatlar, həmçinin “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.Müzakirə edilən bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Sentyabr 12, 2018 14:25

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Məkanı “Artxronika” adlı yeni maarifçilik layihəsinə start verir. Layihə çərçivəsində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulub.Azərtac xəbər verir ki, sentyabrın 21-də “Artxronika” layihəsi çərçivəsində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində Dövlət Tretyakov Qalereyasının rəngkarlığı bölməsinin əməkdaşı, sənətşünas və ekspert Olqa Polyanskaya ilə görüş keçiriləcək. Rusiyalı ekspert 1960-1980-ci illərin Azərbaycan rəngkarlığı əsərlərindən Dövlət Tretyakov Qalereyasının kolleksiyasında qorunub-saxlanan nümunələr haqqında danışacaq.Azərbaycan rəngkarlığı bir çox Rusiya muzeylərində mövcuddur, amma məhz Dövlət Tretyakov Qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir və məhz bu kolleksiya Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır. Bununla yanaşı, o, həmin dövrün Azərbaycan incəsənətinə müəyyən bir nəzər də salacaq. O vaxtlar təkcə Azərbaycan fırça ustalarının deyil, SSRİ-nin digər respublikalarını təmsil edən sənətkarların da müraciət etdiyi bədii kontekst Azərbaycan tamaşaçısı qarşısında açılacaq.xeber100.com

Sentyabr 11, 2018 15:35

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Noyabrın 14-dən 17-dək Bakıda IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Artıq ekran əsərlərinin qəbuluna start verilib.Azərtac xəbər verir ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir.Filmlər iki əsas – Beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda, ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaq.Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı, yerli rejissorlar da iştirak etmək hüququna malikdir.Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar oktyabrın 5-dək bədii, sənədli, cizgi və eksperimental filmlərini təqdim edə bilərlər. Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.Onlayn rejimdə aparılacaq “Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa , festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə ilk dəfə “Pitçinq” elan edir.Festivalın əsas nominasiyalarından əlavə yerli müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır.Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.xeber100.com

Sentyabr 10, 2018 12:11

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Sentyabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Artyom Temnikovun “Qan” filmi nümayiş ediləcək.Azərtac xəbər verir ki, xronometrajı 106 dəqiqə olan ekran əsəri bir-biri ilə əlaqəni bərpa etmək üçün mürəkkəb mənəvi yollar keçən iki qardaş haqqındadır. Hadisələr müasir Moskvanın mərkəzində cərəyan edir. Gənc rəssam Valeri Romeyev küçələrdə portret çəkməyə məcburdur. Ukraynanın şərqində yerləşən kiçik bir şaxtaçılar şəhərində yaşadığı qayğısız uşaqlıq illəri qurtardıqdan sonra o, amansız meqapolisdə özünü sınamaq üçün əlindən gələni edir. Kömək tapmaq ümidi ilə Romeyev, ata yurdunu çoxdan tərk edib ailəsi ilə əlaqəsini kəsmiş uğurlu iş adamı olan böyük qardaşını - Vadimi axtarır. Film rus dilində nümayiş olunacaq.Qeyd edək ki, rejissor və ssenarist kimi tanınan Artyom Temnikov 1993-cü ildə Rusiya Kinematoqrafiya Komitəsinin Ümumrusiya Kino İşçilərinin Təkmilləşdirmə İnstitutunun rejissorluq bölməsini bitirib. Televiziya üçün ssenarilər yazıb və rejissor kimi sənədli filmlər çəkib, eləcə də səyahət və kəşflər haqqında “Vokruq sveta”, “Russkiy ekstrim”, “V poiskax priklüçeniy” və digər televiziya proqramlarını hazırlayıb. 90-dan artıq ölkədə onlarca teleproqram və sənədli filmlər çəkən rejissor 2006-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.xeber100.com

Sentyabr 7, 2018 14:52