Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

3 Yanvar 2019 12:20

Xəbər 54 dəfə oxunub

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 3-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 975,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76 təşkil edib.xeber100.com

 

Reklam

“Türk Hava Yolları” aviaşirkəti yeni endirim kampaniyasına start verib

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.Kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqaməti üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 129 və 159 ABŞ dolları, İstanbul-Naxçıvan-İstanbul və İstanbul-Gəncə-İstanbul aviareysləri üzrə isə 119 ABŞ dolları təşkil edir. “Türk Hava Yolları” aviaşirkəti alış-verişi sevən sərnişinləri nəzərə alaraq sözügedən kampaniya çərçivəsində daşınan baqajın və əl yükünün həcmini artırıb. Belə ki, endirimli qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 21 yanvar – 19 may 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.xeber100.com

Yanvar 17, 2019 17:43

“Buta Airways” Həştərxana birbaşa aviareyslərə başlayacaq

Mayın 16-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri – Həştərxana birbaşa aviareyslərə başlayacaq.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Həştərxan "Buta Airways"in Rusiyadakı beşinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan və Mineralnıye Vodı şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir."Buta Airways"in digər istiqamətləri kimi Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.xeber100.com

Yanvar 16, 2019 14:01

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirəcək

Fevralın 21-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanında ilk hərrac keçiriləcək.Komitədən Azərtac-a bildiriblər ki, hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir.Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kvadratmetrdir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.Komitənin Əmlak Xidmətləri Məkanı Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsi, 20 ünvanında yerləşir. Açıq və şəffaf prosesdə həm canlı, həm də onlayn formada iştirak prosesi üçün 100 nəfərlik zal müasir avadanlıqlarla təmin edilib. Hərrac zalında quraşdırılan monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatlarla tanış olmaq, eləcə də virtual hərrac prosesini izləmək mümkündür.xeber100.com

Yanvar 14, 2019 10:05

49-cu Davos Dünya İqtisadi Forumu işə başlayacaq

Yanvarın 22-də İsveçrənin Davos şəhərində 49-cu Davos Dünya İqtisadi Forumu işə başlayacaq.Azərtac bildirir ki, dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirdə 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri də iştirak edəcəklər."Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" devizi altında keçirilən builki Forumla bağlı fikirlərini bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişiklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.Onun sözlərinə görə, qloballaşan müasir dünyanın əsas problemləri builki Forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də, yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar həllərə yönəlmiş müzakirələr aparırlar. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.Forum öz işinə yanvarın 25-də yekun vuracaq.xeber100.com

Yanvar 12, 2019 15:28