Maldivdə keçirilən prezident seçkilərində…

24 Sentyabr 2018 13:13

Xəbər 132 dəfə oxunub

Maldivdə keçirilən prezident seçkilərində müxalifətin namizədi İbrahim Məhəmməd Solih 58,3 faiz səs toplayaraq qələbə qazanıb.Interfax informasiya agentliyi xəbər verir ki, seçicilərin 89,2 faizinin iştirak etdiyi seçkilərdə Solih 134,6 min nəfərin, hazırkı Prezident Abdullah Yamin isə 96,1 min nəfərin etimadını qazanıb.Müxalifət prezidentin seçkiləri öz xeyrinə saxtalaşdırmasından ehtiyatlansa da, Yamin artıq məğlubiyyəti ilə barışıb və rəqibini təbrik edib.Qeyd edək ki, hazırda Şri-Lankada olan və 13 il həbs cəzasına məhkum edilən Maldiv demokratik partiyasının lideri və ölkənin sabiq prezidenti Məhəmməd Naşid prezidentlik yarışını tərk etdikdən sonra müxalifət seçkilərdə Solihin namizədliyini irəli sürmüşdü.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38