Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

15 May 2018 15:56

Xəbər 16 dəfə oxunub

Mayın 15-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Azərtac banka istinadla bildirir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Reklam

“Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.Fonddan "Apa-Economics"ə verilən məlumata görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb: "Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir".“Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.Fonddan bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək: "Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur".xeber100.com

May 19, 2018 21:49

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, tədbirdə QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.İclasda Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökumət Başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tətbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə məsələlər müzakirə olunub. Həmçinin MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının (“RDY” ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında; “RDY” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında; Şuranın fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-cu iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə edilib.Tədbirin sonunda yekun protokolu imzalanıb.Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.xeber100.com

May 18, 2018 15:19

“Dövlət rüsumu haqqında” qanun layihəsi müzakirə olunub

Mayın 18-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan komitə sədrinin müavini Eldar Quliyev gündəliyi təqdim edib.İclasda əvvəlcə "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlara, eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr edilib. Adıçəkilən normativ hüquqi aktlara əsasən agentliyə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və onların dövlət reyestrinin aparılması, eləcə də qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi səlahiyyətləri də verilib.Diqqətə çatdırılıb ki, "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Qanun layihəsinə əsasən qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, reyestrdən çıxarılmasına görə 150 manat, reyestr məhsullarında dəyişikliklərin qeydiyyatına görə 50 manat, reyestrdən çıxarışın dublikatının verilməsinə görə 10 manat məbləğində rüsum nəzərdə tutulur.Həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verilməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmasına görə 5 qəpikdən 5 manatadək miqdarda dövlət rüsumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Eyni zamanda, qanun layihəsinə əsasən bir sıra mövcud rüsumlar artırılacaq.Sonra "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, sənədin "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda bir sıra dəqiqləşdirilmə nəzərdə tutulub.Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən sənədə "Əkin yerinin yandırılması qadağandır" məzmunlu yeni maddə əlavə edilir. Bu maddəyə görə, torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. Torpaqların tənəzzülə uğramadan və dağıdılmadan qorunması tədbirləri ilə təmin edilməmiş obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan olunur. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi aidiyyəti olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

May 18, 2018 15:12

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

2018-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 1600-dən çox müraciət olub.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu müraciətlərin 600-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 76 mindən çox müraciət daxil olub.Ötən ay daxil olmuş müraciətlər əsasən, lisenziyaların verilməsi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.Qeyd edək ki, “195-2” Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və “195-2” tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.xeber100.com

May 18, 2018 15:07

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) donanmalarının müasir gəmilərlə yenilənməsinə hər zaman xüsusi diqqət yetirir. Məhz, bunun nəticəsidir ki, hazırda gəmiçilik Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.“Mərdəkan” və “Şüvəlan” adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyükhəcmli yük tanklarına malikdir.Hər iki gəminin uzunluğu 60 metr, eni 16 metr, sürəti 13 düyümdür. “Mərdəkan” gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, “Şüvəlan” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.Qeyd edək ki, gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.xeber100.com

May 17, 2018 13:25

Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) aprel ayında neft hasilatının azaldılması üzrə Vyana sazişinə 172 faiz əməl edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Martda bu göstərici 165 faiz olub.Bildirilir ki, OPEC-in xam neft istehsalı apreldə gündəlik 130 min barrel azalaraq 31,65 milyon barrelə geriləyib. Bu, Venesuela və Afrikada neft hasilatının azalması ilə bağlıdır.Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu razılaşmasına Azərbaycan da qoşulub.xeber100.com

May 16, 2018 12:45