“Mançester Yunayted” klubu ilə “Barselona” üz-üzə gəlib

11 Aprel 2019 11:56

Xəbər 70 dəfə oxunub

Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin daha iki oyunu keçirilib.Azərtac xəbər verir ki, oyunlardan biri İngiltərədə, digəri isə Hollandiyada baş tutub.“Old Trafford” stadionunda keçirilən matçda “Mançester Yunayted” ilə “Barselona” üz-üzə gəlib. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Oyunda yeganə qol matçın 12-ci dəqiqəsində vurulub. Lionel Messinin ötürməsindən sonra Luis Suares qapıya başla vurduğu zərbə rəqibin müdafiəçisi Luk Şouya dəyərək qapıdan keçib – 0:1.Qoldan sonra hücuma atılan meydan sahibləri rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib.Günün digər oyunu isə Amsterdamdakı “Yohan Kroyf Arena” stadionunda keçirilib. Burada yerli “Ayaks” İtaliyanın “Yuventus” klubunu qəbul edib.Matçın 45-ci dəqiqəsində “Yuventus” Kriştiano Ronaldonun qolu sayəsində hesabda önə keçib. İkinci hissənin lap əvvəlində – 46-cı dəqiqədə isə meydan sahiblərinin futbolçusu David Neres hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk iki oyununda “Liverpul” “Portu”nu 2:0, “Tottenhem” isə “Mançester Siti”ni 1:0 hesabları ilə məğlub edib.Qeyd edək ki, dörddəbir final mərhələsinin cavab görüşləri aprelin 16-da və 17-də keçiriləcək.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15