Dekabrın 11-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XII Forumu açılacaq. Forum çərçivəsində “Birlik Ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçiriləcək. Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilov da təltif edilənlər sırasındadır.MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan və Rusiya nümayəndələri Forumda iştirak etmək üçün Moskvaya gələcəklər. RF Hökuməti sədrinin müavini Olqa Qolodets və RF Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tədbirdə iştirak edəcəklər.“MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmlənməsində və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” Forumun əsas mövzusu olacaq. Əlaqədar sessiyalarda peşə fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələrin müxtəlif aspektləri, o cümlədən təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, habelə MDB məkanında qarşıdan gələn Mədəniyyət İlinə hazırlıq məsələləri nəzərdən keçirilib.Forum MDB DHƏF-in dəstəyi ilə keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…