MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

10 Oktyabr 2017 14:27

Xəbər 164 dəfə oxunub

Oktyabrın 10-da Soçidə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.Rusiya XİN-in başçısı Sergey Lavrov bildirib ki, iclas MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçirilir və müzakirə olunacaq sənədlər təsdiq üçün Dövlət Başçıları Şurasına təqdim ediləcək. S.Lavrov qeyd edib ki, MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindəndir. O ümidvar olduğunu deyib ki, hazırkı görüş Birliyin möhkəmlənməsinə, dünyada nüfuzunun artmasına kömək edəcək.İclas iştirakçılarının diqqətinə bir çox sahələri əhatə edən 18 sənəd təqdim olunub. İclasda MDB ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası, terrorizm və ekstremizmlə mübarizə sahəsində informasiya mübadiləsi haqqında Saziş, Birləşmiş hava hücumundan müdafiə sistemlərinin kosmik müdafiə vəzifələrinə uyğunlaşdırılmasının əsas istiqamətləri layihələri və digər sənədlərə baxılıb. Humanitar sahəyə dair sənədlər, o cümlədən Birlik ölkələrində 2019-cu ilin “Kitab İli”, 2020-ci ilin “Böyük Vətən Müharibəsində Qələbənin 75-ci İldönümü İli” elan olunması və digər məsələlərlə bağlı qərarlar təsdiq edilib.İclasda MDB-nin müasir şəraitə uyğunlaşması, təşkilatın nizamnamə və sahə orqanlarının səmərəliliyinin artırılması, MDB orqanlarında vakant yerlərə müsabiqələrin keçirilməsi və digər məsələlərə də baxılıb. Sənədlərin layihələri MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Soçidə keçiriləcək iclasına, habelə MDB Hökumət Başçılarının noyabrın 3-də Daşkənddə keçiriləcək iclasına təqdim olunacaq.MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2018-ci il aprelin 6-da Minskdə keçiriləcəyi gözlənilir.xeber100.com

Reklam

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Sentyabr 17, 2018 11:36

Bakının azad edilməsinin 100 illiyi qeyd olundu

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Tariximizə həkk olunmuş əlamətdar günün yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub.1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Lakin yenə də əsas məsələ paytaxtın azad edilməsi idi. Yeni formalaşan milli hökumətin ixtiyarında tam silahlanmış ordu heyəti olmadığından kömək üçün qardaş ölkəyə müraciət olundu. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi yerli xalqı daha da ruhlandırdı. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsi önündə anma mərasimi keçirilir.Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.xeber100.com

Sentyabr 15, 2018 20:25