Mehr xəbər agentliyinin məlumatı əsasında…

12 Sentyabr 2018 15:08

Xəbər 229 dəfə oxunub

İran İslam Respublikasının Finlandiyadakı səfirliyi qarşısında aksiya keçirilib.Azərtac xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.Bildirilir ki, günorta saatlarında bir qrup şəxs Helsinki şəhərində yerləşən səfirliyin önünə gələrək burada aksiya keçiriblər. Səfirliyin əməkdaşları bu şəxslərin nəyə etiraz etdiklərini və aksiyanın səbəbini soruşduqda cavab ala bilməyiblər.Sonra bir neçə aksiya iştirakçısı İranın səfirliyin binası qarşısına sancılmış milli bayrağını çıxararaq yandırıb. Hadisənin gərginləşdiyini görən səfirliyin əməkdaşları polis çağırmaq məcburiyyətində qalıblar. Hadisə yerinə gələn polis 4 nəfəri həbs edib.Finlandiya polisi hələlik aksiya iştirakçıları və həbs olunanlar haqqında məlumat verməyib.İranın Xarici İşlər Nazirliyi baş verən insidentlə əlaqədar narahatçılığını və məsələnin tez bir zamanda araşdırılmasını ifadə edib.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23