Milli İncəsənət Muzeyində sərgi açılacaq

15 May 2018 13:32

Xəbər 103 dəfə oxunub

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq. Təqdim olunan əsərlərdən bəziləri ilk dəfə sərgilənəcək.Sərginin açılışında “Ahmedovski Trio” qrupu çıxış edəcək. Daha sonra mövzuya dair “Artlogos” incəsənət klubu müzakirə aparacaq.xeber100.com

Reklam

“Azerbaijan Fashion Week” moda həftəsinin açılışı olub

Noyabrın 1-də Muzey Mərkəzində “Azerbaijan Fashion Week” - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün açılışı olub.Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb.Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar veriblər.“Azerbaijan Fashion Week”in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanıb. Bu ekspozisiya çərçivəsindətəqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapıb.Muzey Mərkəzi Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini təqdim edib.Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan Fashion Week” çərçivəsində “A.Sain”, “Elian Couture”, “Le Veine”, “Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.xeber100.com

Noyabr 2, 2018 14:18

Mingəçevir Dövlət Dram Teatrı – 50

Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tədbir keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncamına uyğun olaraq reallaşacaq.Qeyd edək ki, 1968-ci ildə yaradılan bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olub. Bu illər ərzində sənət ocağının yaradıcı kollektivi dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb.Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı, hər zaman rus və dünya dramaturgiyasına da müraciət edib.Teatr ölkəmizin hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonları ilə bərabər, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrə qastrol səfərləri etməklə yanaşı, yerli və beynəlxalq festivalların iştirakçısı və qalibi olub.Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin müvafiq qərarı ilə Mingəçevir Dövlət Dram Teatrının Hüseyn Cavidin “Ana” tamaşası klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.xeber100.com

Oktyabr 15, 2018 12:09