Milli Karate Federasiyasının məlumatına görə…

6 Mart 2019 15:25

Xəbər 33 dəfə oxunub

4-17 mart tarixlərində Bakıda, “Sərhədçi” Olimpiya İdman Kompleksində 10-cu “Baku Open” Beynəlxalq Karate Turniri keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş yarış, həmçinin 2020-ci il Bakıda böyüklərin 55-ci Avropa çempionatının təşkili üçün test xüsusiyyəti daşıyır.Uşaqlar, Yeniyetmələr, Gənclər, Böyüklər və Veteranlar arasında yubiley turnirində 10-dan artıq ölkədən karateçilərin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkil edilməsi üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər dəvət olunub.Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaq. 16 martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.Yubiley turnirinin təntənəli açılış mərasimi 15 martda saat 17:00-da başlanacaq. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF-in Hakimlər komitəsinin üzvü və EKF-in Hakimlər komitəsinin sədri Alois Viesboek-in rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.Daha ətraflı məlumat üçün 10-cu “Baku Open” Beynəlxalq Karate Turnirinin broşürasını buradan, proqramını isə buradan yükləyə bilərsiniz. Yarış Amerika Birləşmiş Ştatlarının “Uventex Labs” şirkətinin avtomatlaşdırılmış proqramı ilə keçiriləcək.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27