Milli Məclis soyqırımın 100 illiyi ilə bağlı Bəyanat qəbul edib

30 Mart 2018 14:32

Xəbər 262 dəfə oxunub

Martın 30-da Milli Məclisin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin yanvarın 18-də imzaladığı Sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlərlə qeyd edilir. Parlamentin bugünkü iclası da tariximizin bu qanlı səhifəsinə həsr olunub.Milli Məclisin sədri qeyd edib ki, 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlılar soyqırımına məruz qalıb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən dəhşətlilərindən biri olub. Martın axırında Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. 1921-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur, Göyçə mahalları, Qazax və Naxçıvanın bəzi kəndləri indiki Ermənistana verilib. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda, yəni, keçmiş Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmayıb. Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi əraziləri hesabına Ermənistan dövlətinin yaradılmasına yönəldilən siyasət ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə öz əksini tapıb. Bu Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, Azərbaycana qarşı törədilmiş qanlı cinayətlərə siyasi-hüquqi qiymət verilib. Mövzu ilə bağlı çıxış edən deputatlar qeyd ediblər ki, erməni silahlılarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin bənzəri yoxdur, dünya tarixində bu cür vəhşiliklər yoxdur. Bu, bəşər tarixində ən dəhşətli soyqırımlarından biridir.Sonra Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə dair Bəyanatı qəbul edilib. Bəyanatı parlament sədrinin müavini Bahar Muradova təqdim edib.xeber100.com

Reklam