Milli Məclisinin payız sessiyasının son plenar iclasında

29 Dekabr 2017 15:33

Xəbər 457 dəfə oxunub

Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasda 19 məsələ müzakirə olunub.Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirə olunan bütün məsələlər səsə qoyularaq təsdiqlənib.İclasda, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilib.Plenar iclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyası dövründə səmərəli fəaliyyət göstərdiyini bildirib.Daha sonra Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan edib.Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Bununla da Milli Məclisin payız sessiyasının son iclası başa çatıb.xeber100.com

Reklam

Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırıb. O əminliyini bildirib ki, Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və növbəti birgə səylərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan olacaq.Nazir qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək verib. Son iki onillik ərzində Azərbaycan regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanı) və İKT (TASIM) sahələrində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış edib, əksəriyyətini həyata keçirib.Azərbaycanın sədrliyi təşkilatımız çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırıb. QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT və nəqliyyat üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil edib.xeber100.com  

Dekabr 14, 2018 15:40