Moskvanın Şeremetyevo hava limanı öz işini bərpa edib

27 Fevral 2019 13:27

Xəbər 95 dəfə oxunub

Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi insidentdən sonra öz işini bərpa edib.Milli.az xəbər verir ki, aeroport rəhbərliyi hadisə ilə bağlı 15 reysi ləğv etmək və 30-dan çox reysin vaxtına düzəliş etmək məcburiyyətində qalıb.Məlumata görə, Azərbaycandan gələn biznes sinfli “Jet Air Group” tipli təyyarənin uçuş-eniş zolağından çıxmasından sonra, hava limanının ikinci uçuş-eniş zolağının işi müvəqqəti olaraq dayandırılıb.Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarə zolaqdan 50 metr kənara çıxıb. Hava gəmisində 3 sərnişin və 3 heyət üzvü olub. Zərər çəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanıb. Aeroport isə hazırda ştat rejimində fəaliyyət göstərir.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23