“Mövsümi allergiyalar” mövzusunda tədbir keçirilib

13 Aprel 2018 13:35

Xəbər 1077 dəfə oxunub

Aprelin 13-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Mövsümi allergiyalar” mövzusunda tədbir keçirilib.Azərtac xəbər verir ki, klinikanın elm və tədris işləri üzrə direktor müavini, dosent Adil Nuriyev bildirib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov yazda meydana çıxan allergik problemlər haqqında danışıb. Bildirilib ki, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir.Baş allerqoloq bu problemlərlə əlaqədar meydana çıxan bir sıra xəstəliklər barəsində də danışıb. Bildirilib ki, bu problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5-8 faizində rast gəlinir. Baş allerqoloq bu problemin əsasən irsi olduğunu və ya yüksək rütubətlik şəraitində yaşayanlarda daha çox meydana çıxdığını deyib. Bildirilib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.Bildirilib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir.Allergiyanın əmələ gəlmə səbəbləri haqqında danışan A.Əyyubova burada irsiliyin də vacib rol oynadığını qeyd edib. Bildirilib ki, valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır: “Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05