Müasir İncəsənət Muzeyində sərgi açılacaq

29 Aprel 2019 12:06

Xəbər 66 dəfə oxunub

Mayın 3-də Müasir İncəsənət Muzeyində latviyalı rəssam İveta Vetsenanenin “Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı sərgi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, Latviya Respublikasının 100 illiyinə həsr ediləcək sərgidə rəssamın 20- dən artıq qobelen əsəri təqdim ediləcək. Əsərlərin arasında kəhrəba saplarla işlənmiş və heç vaxt nümayiş etdirilməyən qobelenlər də var.Sərgi mayın 1-dən 14-dək davam edəcək 3-cü “İMAGİNE” Avropa Tolerantlıq Festivalı çərçivəsində reallaşacaq.xeber100.com

3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub.“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və başqaları çıxış edərək sağlamlıq turizmə həsr olunan tədbirin əhəmiyyətini qeyd ediblər.Bildirilib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.xeber100.com  

Aprel 23, 2019 12:27