Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
Messi influenzato…
“Вниз по течению”…
Türkiyə Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib
“Звезды Содружества”…