Müdafiə Nazirliyinin məlumatı əsasında…

10 Yanvar 2019 13:02

Xəbər 33 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Reklam

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət işarə görür.Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində son vəziyyətlə bağlı bəyanatında deyilir.Qeyd edilir ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, həmçinin yanvarın 16-sı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət işarədir.Vurğulanır ki, Aİ onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə bu yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir:"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, həmçinin münaqişə ölkələrinin vətəndaş cəmiyyətində etimadın möhkəmləndirilməsi üzrə tədbirlər vasitəsilə tam dəstəyini davam etdirir. Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək davamlı sülhdən hamı qazanacaq".xeber100.com

Yanvar 19, 2019 20:44