Müdafiə Nazirliyinin məlumatı əsasında…

11 Mart 2019 13:41

Xəbər 70 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Reklam

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Mayın 17-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Saziş layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.Sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri bildirib ki, ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır.Layihə barədə məlumat verən Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov deyib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib. Bugünkü dəyişikliklər isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur.Müzakirələr zamanı çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və Elşən Musayev Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər, qeyd və təkliflərini veriblər.Sonda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.xeber100.com

May 17, 2019 15:05

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, sədr əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ağır şəraitdə yaşayanlar müəyyənləşdirilib yeni mənzillərə köçürülürlər.Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.xeber100.com

May 7, 2019 14:40

NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 1994-cü il 4 may tarixində NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 illiyinə dair bəyanat yayıb.XİN-in Mətbuat Xidmətindən Milli.az-a verilən məlumata görə, bəyanatda deyilir:"25 il bundan öncə bu gün Azərbaycan Respublikası Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulub. 1994-cü ilin 4 may tarixində Ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət etdi və Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzaladı. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır.xeber100.com

May 4, 2019 13:48