“Muğam və mənəviyyat” adlı konsert proqramı təqdim olunacaq

10 Oktyabr 2017 12:44

Xəbər 71 dəfə oxunub

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı konsert proqramı təqdim olunacaq.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Rast” muğam dəstgahını Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Naxçıvan Əməkdar Artist Ehtiram Hüseynov səsləndirəcək.Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.xeber100.com

Reklam

“Xalçalar və əfsanələr” layihəsi çərçivəsində

Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru bildirib.Qeyd olunub ki, muzeyin əməkdaşları Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim olunan videoçarxlarda bu ölkənin mədəniyyəti, incəsənəti, eləcə də adət-ənənələri təsvir edilir.Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. “Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək”, - deyə diplomat qeyd edib.Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirib, bu işdə hər kəsə təşəkkürünü bildirib.Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.xeber100.com

Fevral 15, 2018 14:49

Bakı Musiqi Akademiyası təqdim edir

Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellinin “Norma” operasının premyerası olacaq.Azərtac xəbər verir ki, bununla əlaqədar bu gün BMA-da mətbuat konfransı keçirilib. Tədbirdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tamaşanın yaradıcı heyətini təbrik edərək onları təqdim edib. Bildirib ki, premyera Azərbaycanın ilk opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilir.“Opera Studiyası tələbələr üçün bir təcrübə laboratoriyasıdır. Tələbələr burada səhnədə oynamağı, ifaçılığı öyrənirlər. Tələbələr üçün hər bir şərait yaratmağa çalışırıq ki, onlar gələcəkdə də ölkəmizi yüksək, professional ifaçılar kimi təmsil etsinlər. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak edəcək”, - N.Quliyeva qeyd edib.Qeyd edilib ki, opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Əsər italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.xeber100.com

Fevral 7, 2018 13:35

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, yunan yazıçısı Yakovos Kambanellisin “Möcüzələr həyəti” əsəri (“Harikalar Avlusu”) əsasında hazırlanmış eyniadlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və “Altın Koza” Film Festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.Sonda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda, teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyn Sözlüyə təşəkkür edib.xeber100.com

Fevral 5, 2018 14:16

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, müsabiqə iki turdan ibarətdir. Birinci turun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaq. İlk turda münsiflər heyəti tərəfindən hər şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə bir nəfər qalib seçiləcək.Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaq. Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcək.May ayında Bakı şəhərində təşkil ediləcək müsabiqənin final mərhələsi və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.xeber100.com

Fevral 1, 2018 14:44