Musiqili Teatrın məlumatına görə…

9 Mart 2018 13:33

Xəbər 89 dəfə oxunub

Musiqili Teatrda həftəsonu dörd tamaşa nümayiş olunacaq.Qurumun mətbuat xidmətindən bildirilib ki, martın 10-da saat 12:00-da “Hacı-Qara”, saat 19:00-da isə “Nuri-didə Ceyhun” tamaşaları təqdim ediləcək. Martın 11-də saat 19:00-da isə teatrsevərlər “O olmasın, bu olsun” tamaşasını izləyəcəklər. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv martın 11-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə “Bir dayan canavar” tamaşası ilə gələcək.xeber100.com

Reklam

“Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.Azərtac xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən tədbirlər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq, şəhərin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında “Cümhuriyyətin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və konsert keçiriləcək. Konsertdə Özbəkistanın tanınmış musiqiçiləri, habelə azərbaycanlı saz ustaları, rəqs kollektivləri çıxış edəcəklər.Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş etdiriləcək. Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin, habelə xanımların mərasim geyimləri ilk dəfə təqdim olunacaq. Mədəniyyət həftəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı foto və kitab sərgisi keçiriləcək, habelə adət-ənənələrimizi özündə əks etdirən stend qurulacaq, Azərbaycan suvenirləri, xalçaları, kəlağayıları sərgilənəcək.Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda yerli dildə çap olunmuş 50 adda kitab Səmərqənd kitabxanalarına hədiyyə ediləcək.xeber100.com

İyun 8, 2018 15:50

Vokalçıların VII Beynəlxalq müsabiqəsi təşkil olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 11 may tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə iyunun 4-dən 7-dək Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqə iştirakçılarının ifalarını musiqi mədəniyyətinin görkəmli nümayəndələri - münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray qiymətləndirəcəklər.Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün adını daşıyan müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda, dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.Müsabiqənin seçim turları iyunun 4-dən 7-dək Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. İyunun 4-dən 6-dək müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.xeber100.com

May 31, 2018 15:10

Mahnı Teatrında təqdimat mərasimi keçirilib

Mahnı Teatrında “Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimi keçirilib.AZərtac xəbər verir ki, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri Qəmər Seyfəddinqızı bu mükafatın muzeyin layihəsi əsasında “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunduğunu bildirib. Mükafatın Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edildiyini söyləyib.Qeyd edilib ki, 2018-ci ilin “Cəfər Cabbarlı mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi əsasında həyata keçirilib.Bildirilib ki, “Cəfər Cabbarlı mükafatı” ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınmaqla müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara, ədəbiyyat və incəsənət xadimlərinə verilir.Sonra ilin “Cəfər Cabbarlı mükafatı” ziyalılara təqdim edilib.xeber100.com  

May 22, 2018 13:49