NASA yerə “Ultima Thule” asteroidinin görüntülərini göndərib

1 Yanvar 2019 22:09

Xəbər 77 dəfə oxunub

NASA-nın “Nyu Horizon” zondu Yerə ilk dəfə olaraq “Ultima Thule” asteroidinin görüntülərini göndərib.Milli.az bildirir ki, asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.Qeyd edək ki, bu asteroid “Nyu Horizon”un hədəfində olmayıb. Kosmik zond 2015-ci ildə Plutona çataraq, bu balaca planet və onun peykləri ilə bağlı çoxlu kəşflər etmişdi. Məhz bundan sonra alimlər onu Koyper Qurşağına tərəf göndərmişdilər.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17