Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib

18 May 2018 15:32

Xəbər 147 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putin hökumətin Baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan yeni tərkibini təsdiqləyib.Azərtac xəbər verir ki, yeni kabinetdə bir sıra dəyişikliklər baş verib. Məsələn, birinci vitse-premyer – maliyyə naziri vəzifəsi yaradılıb, Təhsil və Elm Nazirliyi Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi kimi iki quruma bölünüb, Rabitə Nazirliyinin adı dəyişilərək Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adlandırılıb.Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuliya Trutnyova və Konstantin Çuyçenko təyin ediliblər.Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin, energetika naziri Aleksandr Novak vəzifələrində qalıblar.Bir neçə nazirliyə yeni rəhbərlər təyin edilib. Yevgeni Ziniçev fövqəladə hallar naziri, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti və mənzil-kommunal təsərrüfatı naziri, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Aleksandr Kozlov Uzaq Şərqin inkişafı naziri təyin olunub. Maarif Nazirliyinə Olqa Vasilyeva, Elm və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə Konstantin Noskov rəhbərlik edəcək.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17