Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

3 Avqust 2018 15:23

Xəbər 134 dəfə oxunub

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 73,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 68,96 dollar olub.xeber100.com

Reklam