Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

4 Fevral 2019 13:17

Xəbər 77 dəfə oxunub

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 62,79 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 55,22 dollar təşkil edib.xeber100.com

Reklam