“Neue Zürcher Zeitung” qəzeti yazır…

30 Oktyabr 2018 15:39

Xəbər 188 dəfə oxunub

İsveçrə dünyanın ən varlı ölkələrindən biri olsa da, burada əhalinin borclanma səviyyəsi rekord həddə çatıb. “Neue Zürcher Zeitung” qəzeti xəbər verir ki, ölkə əhalisinin 40 faizi borclanmış ailələrdə yaşayırlar. Tipik borclu şəxs 40 yaşlı, ailəsindən ayrılmış, işini itirmiş və ya xəstəliklə əlaqədar böhran vəziyyətində olan kişilərdən ibarətdir. Ailə dağıldıqdan sonra artıq iki ayrı mənzil təsərrüfatının qayğılarını çəkə, yüksək alimentləri ödəyə bilməyən şəxslər borc girdabına yuvarlanırlar.Borcun ödənilməməsinə görə İsveçrənin müvafiq icra orqanları ildən-ilə daha çox müsadirələr həyata keçirirlər. 2017-ci ildə icra məmurları məhkəmə qərarları əsasında 1,7 milyon dəfə borclu şəxslərin əmlakı üzərində müsadirə aparıblar.Ölkədə borclanma vəziyyətinə qarşı qanunvericilikdə addımlar atmaq qərarına gələn parlamentdə “Borclarını ödəmək iqtidarında olmayan insanların yenidən iqtisadi həyata dönüşü” adlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihənin məqsədi borclanmış şəxsləri yenidən iqtisadi cəhətdən gəlirli vəziyyətə gətirmək, onların ödəmə qabiliyyətini yüksəltmək və borcların bir hissəsini ləğv etməklə iqtisadi-sosial durumlarına dövlət tərəfindən yardım göstərməkdir.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23