NHK telekanalının məlumatı əsasında…

30 Aprel 2018 14:57

Xəbər 204 dəfə oxunub

Yaponiyanın Baş naziri Şinzo Abe Yaxın Şərq ölkələrinə beş günlük səfərə yollanıb.NHK telekanalı xəbər verir ki, o, ABŞ-ın ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra İsrailə və Fələstinə səfər edən ilk böyük dövlət başçısı olacaq.Ş.Abe aprelin 29-da Tokionun Haneda aeroportundan Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.Aeroportda o, jurnalistlərə bildirib ki, Yaxın Şərq Yaponiya üçün enerji təminatı baxımından çox vacib regiondur.Baş nazir, həmçinin deyib ki, Yaponiya Suriyada vətəndaş müharibəsi, qaçqınlarla bağlı böhran kimi regional problemlərin həllində yaxından iştirak edir və hər bir ölkə ilə dostluq münasibətləri qurmağa çalışır.xeber100.com

Reklam