Növbəti əmək yarmarkalarına start veriləcək

10 Oktyabr 2017 12:58

Xəbər 46 dəfə oxunub

Oktyabrın 17-də muxtar respublikada növbəti əmək yarmarkalarına start veriləcək.Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən Azərtac-a bildirilib ki, həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Oktyabr ayının 18-də Kəngərli rayonunda bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 19-da keçiriləcək əmək yarmarkasının ünvanı isə Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından ayın 20-də yararlana biləcəklər. Oktyabrın 24-də ordubadlılara, 25-də babəklilərə, 26-da isə şərurlulara boş iş yerləri təqdim olunacaq.Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 27-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçiriləcək.xeber100.com

Reklam

“Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb. Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Binada quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizədək qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.Azərtac xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qovşaqda yaradılan şəraitlə tanış olub.Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.İşçi heyətinin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz olunub. Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.xeber100.com

Dekabr 11, 2017 14:55