Növbəti sınaq imtahanları keçiriləcək

10 Sentyabr 2018 12:06

Xəbər 114 dəfə oxunub

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 12 və 22-də növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə aparılacaq. İmtahanlar saat 10.00-da başlanacaq.Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak üçün online qeydiyyat müvafiq olaraq sentyabrın 12 və 22-də saat 9.00-da başa çatacaq. Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.xeber100.com

Reklam

Təhsil Nazirliyinin məlumatına görə…

Dekabrın 5-dən dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.Xatırladaq ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.xeber100.com

Dekabr 3, 2018 12:13

Növbəti sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək. İmtahanlar saat 10:00-da başlanacaq.Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.xeber100.com

Noyabr 5, 2018 12:11

Dövlət İmtahan Mərkəzi konfranslar təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Bakı şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçiriləcək.Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq və bu qurumun həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.DİM-dən Azərtac-a bildirilib ki, konfranslarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı ictimaiyyət nümayəndələri məlumatlandırılacaq. Həmçinin ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqədar təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat veriləcək.Konfransların yekununda ötən il ərzində fərqlənən imtahan rəhbərləri və nəzarətçilərin təltifolunma mərasimi keçiriləcək.Konfranslar Gəncədə noyabrın 3-də, Şəkidə noyabrın 5-də, Lənkəranda noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakıda isə noyabrın 17-də təşkil olunacaq.xeber100.com  

Noyabr 1, 2018 11:40

Növbəti sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək sınaq imtahanları saat 10:00-da başlayacaq.Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.xeber100.com

Oktyabr 31, 2018 14:40