Opera və Balet Teatrı təqdim edir

28 Noyabr 2018 13:23

Xəbər 205 dəfə oxunub

Dekabrın 15-də Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko, Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova da çıxış edəcək.xeber100.com

3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub.“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və başqaları çıxış edərək sağlamlıq turizmə həsr olunan tədbirin əhəmiyyətini qeyd ediblər.Bildirilib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.xeber100.com  

Aprel 23, 2019 12:27