Ordumuzun mövqeləri atəşə məruz qalıb

28 Noyabr 2018 14:59

Xəbər 79 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, işğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Reklam