Ordumuzun mövqeləri atəşə məruz qalıb

30 May 2019 14:34

Xəbər 38 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindənAzərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində

İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması mövzusundakı seminarın sessiyalarından biri “Strateji inkişaf hədəflərinin həyata keçirilməsi üçün dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və potensialın artırılmasına kömək edən strategiya, bilik və amillər” mövzusuna həsr edilib.Azərtac xəbər verir ki, sessiyanın moderatoru Birləşmiş Biznes İnstitutlarının dekanı professor Munira Aminova mövzunun aktuallığı barədə danışıb.BMT-nin İctimai əlaqələr komitəsinin eksperti Lamiya Mobayed təmsil etdiyi beynəlxalq təşkilatın mövzu ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, dövlət qurumlarının qüsursuz fəaliyyət göstərməsi üçün əməkdaşlıq və inklüziv fəaliyyət önəmlidir.BMT-nin proqram rəhbəri Adriana Alberti vurğulayıb ki, dövlət qurumları ilə cəmiyyət əməkdaşlıq şəraitində çalışmalıdır.Beynəlxalq ekspert Stefan Mergenhaler bildirib ki, son dövrlərdə yeni texnologiya sayəsində dövlət qurumları müsbət dəyişikliklər edə bilər. Müasir dünyada dəyişikliklər sürətlə gedir. Dünyada fəaliyyət göstərən beyin institutlarının hazırladığı layihələrdə prosesin dayanmadan inkişaf etdiyini deyən Stefan Mergenhaler əlavə edib ki, bu, sosial və iqtisadi sahələri daha çox əhatə edir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadi idarəetmə ofisinin rəhbəri Faysal Naru bildirib ki, idarəetmə sistemində bir prinsip var ki, iqtisadçılar əldə olan vəsaiti hesablamalıdırlar. Siyasətçilər isə iqtisadçıların təqdim etdikləri rəqəmlərin düzgün idarəsini həyata keçirməlidirlər. Bu vəsait düzgün sərf edildikdə dövlət və cəmiyyət ortaq qazanc əldə etməlidir.Avstraliyanın Kvinslend Universitetinin professoru Adil Xan qeyd edib ki, dövlət qulluğunda çalışarkən əsas məqsəd cəmiyyətə düzgün xidmət olmalıdır. Əməkdaşlıq şəraitində çalışdıqda problemlərin qarşısını almaq asan olur.Finlandiyanın Sosial Təlim və İnkişaf Mərkəzinin direktoru Palvi Hirvola rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı reallaşdırdığı layihələr barədə məlumat verib. O bildirib ki, ölkəsində dayanıqlı inkişafla bağlı məsələlərin təbliği işi məktəblərdə aparılır. Bu məsələnin cəmiyyətdə tam yerini tutması üçün gələcək nəsillə iş aparılmalıdır.xeber100.com  

İyun 25, 2019 21:15

Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Parisə işçi səfəri zamanı UNESKO Baş direktorunun prioritet Afrika və xarici əlaqələr üzrə müavini Eduard Matoko ilə görüş keçirib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan-UNESKO əməkdaşlığının cari vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.E.Sultanov Azərbaycanın UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.Bu il Milli Komissiyanın yaradılmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş katib bu münasibətlə ölkə daxilində və xaricində keçirilən silsilə tədbirlər haqda məlumat verib. Bundan əlavə, o, Milli Komissiyanın UNESKO Katibliyi və üzv ölkələrin Milli Komissiyaları ilə əməkdaşlığı barədə bəhs edib.Öz növbəsində, E.Matoko Azərbaycan-UNESKO əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycanın UNESKO-nun dəyər və ideyalarına daim sadiq olduğunu bildirib. O, Milli Komissiyanın yaradılmasının 25 illiyi münasibətilə təbriklərini ifadə edib və UNESKO proqramlarının reallaşdırılmasında Milli Komissiyanın önəmli rolunu vurğulayıb.Cari ilin 30 iyun-10 iyul tarixlərində Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin mühüm hadisə olduğunu qeyd edən E.Matoko tədbirin uğurla keçəcəyindən əminliyini ifadə edib.Sonda E.Sultanov Milli Komissiyanın loqosunun həkk olunduğu xatirə hədiyyəsini E.Matokoya təqdim edib.Görüşdə Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov da iştirak edib.xeber100.com  

İyun 19, 2019 17:07

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

İyunun 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb. Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib.1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqresləri Daimi Komitəsinin əsası qoyulub. Müxtəlif illərdə adı fərqli olub. 1990-cı ildə Beynəlxalq Hərbi Tibb Komitəsi adlandırıldı.Qeyd olunub ki, bu Nizamnamədə həmin komitənin vəzifələri, əməkdaşlığın formaları göstərilib və üzv dövlətlərin öhdəlikləri müəyyən olunub. Qanun layihəsi Azərbaycanın milli maraqlarına uyğundur.Deputatlar qanun layihəsini yüksək qiymətləndiriblər.Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

İyun 19, 2019 17:04

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirliyin mətbuat xidmətindən Azəörtac-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli Saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə ətraflı fikir mübadiləsi aparıblar.Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.xeber100.com

İyun 13, 2019 20:37